Paşinyan Azərbaycanla sülhə sadiq olduğunu təsdiqləyib
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün daha da institutlaşdırılması istiqamətində işləməyə sadiqliyini təsdiqləyib.
BAKU.WS report-a istinadən xəbər verir ki, Ermənistanın Baş naziri bu barədə "X" sosial şəbəkəsindəki səhifəsində ABŞ Prezidenti Donald Trampın 8 avqust Vaşinqton görüşü ilə bağlı paylaşımını şərh edərkən bildirib.
"Bir daha Donald Trampa Azərbaycanla bu tarixi sazişin bağlanmasında vasitəçiliyinə görə təşəkkürümü bildirirəm - buna əvvəllər heç kim nail olmamışdı. Sülhün daha da institutlaşdırılması və TRIPP-in (Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən 42 kilometrlik hissəsi - red.) həyata keçirilməsi üçün işə sadiq qaldığımı təsdiqləyirəm", - N.Paşinyan yazıb.
Once again thank you President @realDonaldTrump for brokering this historic agreement with Azerbaijan — something no one before achieved.
— Nikol Pashinyan (@NikolPashinyan) September 17, 2025
Reaffirming my commitment to work on further institutionalization of peace & realization of TRIPP. https://t.co/42OTH6GmrQ
Oxşar xəbərlər
Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi hansı sahələr hesabına artırıla bilər?
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində iki ölkənin qarşılıqlı ticarət dövriyyəsini 2030-cu ilədək 1 milyard ABŞ dollarına çatdırmağı hə...