Paşinyan təslim olma razılaşmasını imzalamasının səbəbini açıqladı

Paşinyan təslim olma razılaşmasını imzalamasının səbəbini açıqladı
Siyasət 2407

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağla bağlı sazişin imzalanmasının səbəbini açıqlayıb.

BAKU.WS xəbər verir ki, Paşinyan ordunun təkidi ilə bu qərarı verdiyini söyləyib.

Onun sözlərinə görə, ölkədə səfərbərliklə bağlı problemlər var idi:

"Bütovlükdə onlar döyüşdə iştirak etməyə hazır deyildilər. Hərbi resursumuz tükəndi. Kim ki cəbhədə vuruşurdu, onların istirahət etmək imkanı yox idi. Onları aylarla heç kim əvəz etmirdi".

Qeyd edək ki, noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında atəşkəsə dair razılaşma imzalanıb.

Son xəbərlər