Paşinyan Soçidə Putin və Əliyevlə görüşəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya və Azərbaycan liderləri Vladimir Putin və İlham Əliyevlə görüşdə iştirak etmək üçün oktyabrın 31-də Soçiyə gedəcək.
BAKU.WS sputnik armenia-ya istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan Ermənistan Milli Assambleyasında jurnalistlərə açıqlamasında deyib.
“Bəli, məndə olan məlumata görə, Baş nazir Soçiyə gedəcək. Görüşün baş tutacağına inanıram”, - deyə Simonyan bildirib.
Xatırladaq ki, Rusiya dövlət başçısı Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanı Rusiyaya üçtərəfli görüşə dəvət edib.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...