Paşinyan istefa verməyə hazır olduğunu açıqlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, əgər onun gedişi ilə ölkənin bütün təhlükəsizlik problemləri həll olunarsa, hakimiyyəti tərk edə bilər.
“Report” “Sputnik-Armeniya”ya istinadən xəbər verir ki, o, bunu parlamentdə hökumət saatında deyib.
Müxalifətçi deputatın sualını cavablandıran baş nazir vurğulayıb ki, o, hakimiyyətdən yapışmayıb və əgər müxalifət çağırışların öhdəsindən gəlməkdə iştirak etmək istəyirsə, buna heç nə mane ola bilməz.
Qeyd edək ki, sentyabrın 19-da İrəvanda və digər şəhərlərdə etiraz aksiyaları keçirilib. Etirazçılar Nikol Paşinyan hökumətinin istefasını tələb edirlər.
Oxşar xəbərlər
İrəvanda etirazlar: Tuthatut davam edir - VİDEO
İrəvanın mərkəzində etiraz aksiyaları davam edir. Eyni zamanda, aksiyalarda saxlanılan etirazçıların sayı da artır. Belə ki, İrəvanda keçirilən etiraz aksiyalar...