İrəvanda etirazlar: Tuthatut davam edir - VİDEO
İrəvanın mərkəzində etiraz aksiyaları davam edir.
Eyni zamanda, aksiyalarda saxlanılan etirazçıların sayı da artır.
Belə ki, İrəvanda keçirilən etiraz aksiyalarının 49 iştirakçısına qarşı cinayət işi başlanıb, beş nəfər artıq həbs edilib. Onlar, əsasən, kütləvi iğtişaşlarda iştirak etməkdə, xuliqanlıqda, hökumət nümayəndələrinə qarşı zorakılıq tətbiq etməkdə, narkotik vasitələrin qanunsuz dövriyyəsində və soyuq silah gəzdirilməsində ittiham olunurlar. İstintaq Komitəsi, həmçinin, hökumət əleyhinə piketlərin daha 34 iştirakçısının da həbs olunmasını istəyir. Araşdırmalar davam edir.
Digər tərəfdən, Milli Etiraz Hərəkatının tərəfdarları İrəvan-Arazdəyən magistral yolunu bağlayıblar və Ermənistan baş naziri Nikol Paşinyanın istefasını tələb edirlər. Polis etirazçıların saxlanılmasına başlasa da, yol bağlı olaraq qalır.
Həmçinin, İrəvanda yürüş zamanı müxalifət tərəfdarları hakim partiyanın deputatı, parlamentin müdafiə məsələləri üzrə komissiyasının rəhbəri Andranik Koçaryanın yaşadığı evin yaxınlığında da piket keçiriblər.
Ölkənin ikinci böyük şəhəri olan Gümrüdə də etirazçılar yürüşə başlayıblar.//oxu.az
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...