Partiyalar yeni İstanbul Bələdiyyə Seçkilərini BOYKOT ETDİ
07
may
2019
11:26
Türkiyə Kommunist Partiyası (TKP) və Türkiyə Komunist Hərəkəti (TKH) partiyaları yenidən İstanbul Böyükşəhər Bələdiyyə Sədrliyi seçimlərinə qatılmayacaq.BAKU.WS Türkiyə KİV-nə istinadən xəbər verir ki, partiyaların bu qərarı almasına səbəb Türkiyə Mərkəzi Seçki Komissiyasının martın 31-də İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə keçirilən seçkilərin nəticələrinin ləğv etməsi olub.TKP-nin partiya tərəfindən verilən qərarda bildirilir ki, 31 mart seçkilərində 40 min 492 səs toplayan İstanbul namizədi Zəhra Güner Karaoğlu seçkilərə göndərilməyəcək. "Siyasi, ideoloji və sinfi bir qarşıdurmamız olsa da, İmamoğlunun İstanbul Böyükşəhər Bələdiyye sədri olduğunu daha öncə açıqlamışdıq. Bu həqiqəti kölgələyəcək hər hansı yanaşmanın yanlış olacağını düşünük. Məsələ İstanbul Böyükşəhər Bələdiyyə Sədrliyi deyil, siyasi iqtidarın insanlığın ən önəmli qazanclarından biri olan səs haqqına qarşı soyğunçuluqdur".Demokratik Sol Partiyası (DSP) də seçkilərin nəticələrinin ləğvinə etiraz edib: "Bu qanunsuzluların qarşısında səssiz qalmayacağıq və üzərimizə düşən nə gərəkdirsə edəcəyik!"Qeyd edək ki, Türkiyə Mərkəzi Seçki Komissiyası mayın 6-da keçirilən fövqəladə iclasda hakim Ədalət və İnkişaf Partiyasının etirazı qəbul edərək martın 31-də İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə keçirilən seçkilərin nəticələrinin ləğv edib. Bununla da aprelin 17-də İstanbul bələdiyyəsinin sədri vəzifəsinin icrasına başlayan Əkrəm İmamoğlunun mandatı əlindən alınmış oldu. İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə təkrar seçkilər iyunun 23-də keçiriləcək.
Oxşar xəbərlər
Məşhurlardan İmamoğluna dəstək: #herşeyçokguzelolacak - FOTO
Türkiyə Mərkəzi Seçki Komissiyası mayın 6-da keçirilən fövqəladə iclasda hakim Ədalət və İnkişaf Partiyasının etirazı qəbul edərək martın 31-də İstanbul Böyükşə...