Məşhurlardan İmamoğluna dəstək: #herşeyçokguzelolacak - FOTO
07
may
2019
10:14
Türkiyə Mərkəzi Seçki Komissiyası mayın 6-da keçirilən fövqəladə iclasda hakim Ədalət və İnkişaf Partiyasının etirazı qəbul edərək martın 31-də İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə keçirilən seçkilərin nəticələrinin ləğv edib. Bununla da aprelin 17-də İstanbul bələdiyyəsinin sədri vəzifəsinin icrasına başlayan Əkrəm İmamoğlunun mandatı əlindən alınmış olur. İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə təkrar seçkilər iyunun 23-də keçiriləcək. BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, Ə.İmamoölu seçimlərin nəticələri ləğv edildikdən sonra Twitter hesabından istanbullulara çağırış edib.Onun "Artıq hər kəs danışacaq. Sənətçi də, iş adamı da!" çağırışına insanlar #herşeyçokguzelolacak həştağı ilə cavab veriblər.İmamoğlunun səsinə səs verənlər arasında Gülbən Ergen, Cem Yılmaz, Can Yılmaz, Haluk Levend, Hazal Kaya, Tan Taşçı, Fırat Tanış, Hayko Cerkin, Yunus Günce, Demet Akbağ və bir çox sənət adamları qoşulub.Zülfiyyə Qurbanova
Qalereya
Oxşar xəbərlər
İstanbul bələdiyyəsinə keçirilən seçkilərin nəticələri ləğv edilib
Türkiyə Mərkəzi Seçki Komissiyası martın 31-də İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə keçirilən seçkilərin nəticələrinin ləğvi barədə qərar qəbul edib. BAKU...