Parlamentdə Qarabağ Komitəsinin yaradılması, “Soyqırımı haqqında” qanunun qəbulu təklif edilib
Yeniliklərdən dərhal xəbərdar olun
“İşğal olunmuş torpaqlar haqqında qanunun yaz sessiyasının Qanunvericilik İşlər Planına daxil edilməsinə ehtiyac var”.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu bu gün Milli Məclisin plenar iclasında yaz sessiyasının qanunvericilik işlər planı ilə bağlı müzakirədə millət vəkili Elman Məmmədov bildirib.
E.Məmmədov deyib ki, eyni zamanda parlamentdə Qarabağ Komitəsi yaradılmalıdır: “Xalqımız dəfələrlə soyqırımına məruz qalsa da, biz hələ “Soyqırımı haqqında” qanun qəbul etməmişik. Bir həqiqət var ki, məcburi köçkünə müavinət onun məcburi köçkün statusuna görə verilir. Ancaq Nazirlər Kabinetinin bununla bağlı müvafiq qərarında kifayət qədər ziddiyyətlər var. Bu ziddiyyətlər aradan qaldırılmalıdır”.
Millət vəkili qeyd edib ki, Qarabağ münaqişəsinin həlli ilə bağlı parlamentdə ya qapalı, ya açıq müzakirələr keçirilməlidir: “Bu məsələ Milli Məclisin Qanunvericilik İşlər Planına daxil edilməlidir”.
Oxşar xəbərlər
Prezident yerli jurnalistlərə ilin yekunları ilə əlaqədar müsahibə verib - VİDEO (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. BAKU.WS müsahibəni təqdim e...