Parisdə Pompidu Mərkəzinin əməkdaşları tətil ediblər

Parisdə Pompidu Mərkəzinin əməkdaşları tətil ediblər
Siyasət 30

Fransanın paytaxı Parisin Pompidu Mərkəzi şənbə günü işçilərin tətili səbəbindən ziyarətçilər üçün bağlanıb.

“Report” xəbər verir ki, bu barədə mərkəzin “X”-dəki səhifəsində edilən paylaşımda bildirilir.

"Tətil səbəbindən Pompidu Mərkəzi və Pompidu publik informasiya kitabxanası bu gün, 6 iyulda bağlanıb. Bank kartı ilə ödənilən biletlərin dəyəri avtomatik ödəniləcək",- mərkəzin mətbuat xidməti bildirib.

“Le Monde” qəzetinin “Force Ouvriere” Həmkarlar İttifaqına istinadən verdiyi məlumata görə, Mədəniyyət Mərkəzinin işçiləri Olimpiya Oyunları zamanı işlə əlaqədar mükafatların ödənilməsini tələb edirlər.

Həmkarlar İttifaqı əvvəllər 1 iyul - 8 sentyabr tarixləri arasında tətil üçün müraciət edib. Qurum tələblər yerinə yetirilənə qədər aksiyaların davamlı olacağını istisna etməyib.

Qeyd edək ki, Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.

Son xəbərlər