Paris Şuşada təslim oldu

Keçən həftə Azərbaycanda səbirsizliklə gözlənilən hadisə baş verib. Ecazkar Şuşamızı Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ann Buayon ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri ilə birlikdə ziyarət edib.
BAKU.WS xəbər verir ki, bu barədə "Caliber" analitik layihəsinin "YouTube"dakı son buraxılışında bəhs edilir.
O, Şuşada yerli jurnalistlərə müsahibəsində deyib:
"Həqiqətən də, burada olmaqdan böyük sevinc hissi keçirirəm. Bilirəm ki, Şuşa Azərbaycan üçün xüsusi yer tutur, çünki bu şəhər mədəniyyət və incəsənətin rəmzidir. Bundan əlavə, Şuşa dünyaya bir çox məşhur insanlar bəxş edib".
Buayon, həmçinin vurğulayıb ki, Azərbaycanın Qarabağ bölgəsində aparılan tikinti-bərpa işlərinin gedişinə heyran qalıb.
"Qeyd edək ki, biz səfir Buayonun xoş sözlər dediyinə görə yox, Parisin Bakı ilə uzun müddətdir davam edən diplomatik qarşıdurmaya təslim olduğuna görə sevinirik. Bəli, fransalı diplomatlar bütün bu illər ərzində belə səfərlərdə iştiraka müqavimət göstərərək, Fransanın əslində Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı olduğunu göstərirdilər. Bundan əlavə, Paris son prezident seçkisi zamanı Makrona səs verən Fransadakı yarım milyonluq erməni diasporunu əsəbiləşdirmək istəməyib.
Qısacası, Paris sona qədər müqavimət göstərdiyi bir addımı atmağa indi qərar verdi. Bu addımı atmağa məcbur oldu. Azərbaycan və onun düşünülmüş xarici siyasəti buna məcbur etdi", - süjetdə deyilir.
Ətraflı videoda:
Oxşar xəbərlər
Azərbaycanla Çin arasında viza rejiminin ləğvi ilə bağlı saziş qüvvəyə minir - BU TARİXDƏN
Pekində imzalanmış "Azərbaycan ilə Çin arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş" iyulun 16-da qüv...
