Pakistanın səfiri Azərbaycana başsağlığı verib
Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin Gədəbəydə qar uçqunu nəticəsində iki əsgərin həlak olması ilə bağlı başsağlığı verib.
BAKU.WS xəbər verir ki, "X" sosial şəbəkəsində səfir yazıb:
"Martın 19-da Gədəbəydə qar uçqunu nəticəsində iki əsgərin faciəvi şəkildə həlak olması ilə bağlı qardaş Azərbaycan hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk. Dualarımız onların ailələri ilədir".
Xatırladaq ki, martın 19-da Gədəbəy istiqamətində qar uçqunu nəticəsində Azərbaycan ordusunun iki əsgəri Əli İmanov və Ruslan Həmidov həlak olublar. Müdafiə Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin keçirdiyi birgə axtarış tədbirləri nəticəsində hər iki əsgərin meyiti tapılıb və ailəsinə təhsil verilib.
Oxşar xəbərlər
İlham Əliyev: Vaxtilə "Qarabağ Ermənistandır və nöqtə" deyənlər "Qarabağ Azərbaycandır!" deməyə məcbur oldular
Vaxtilə Xankəndi şəhərinin stadionunda "Qarabağ Ermənistandır və nöqtə" deyənlər "Qarabağ Azərbaycandır!" deməyə məcbur oldular. BAKU.WS xəbər verir ki, bu sözl...