Pakistandan Azərbaycana daha bir dəstək
Yeniliklərdən dərhal xəbərdar olun
"Biz "Qarabağ Azərbaycandır!" deməkdən çox xoşbəxtik".
BAKU.WS-in məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyevə etimadnaməsini təqdim edən Pakistan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bilal Hayen deyib.
O qeyd edib ki, bu gün Qoşulmama Hərəkatının nazirlər səviyyəsində toplantısında çıxışı zamanı Xarici İşlər nazirimiz Dağlıq Qarabağ məsələsi ilə bağlı Azərbaycanın haqq işinə Pakistanın dəstəyini bir daha ifadə edəcək.
"Biz bildirmək istəyirik ki, sizin mövqeyiniz ədalətli, qanunidir və bu məsələnin həlli qeyri-müəyyən müddətə təxirə salına bilməz, çünki bu, ədalətli mövqedir".
Oxşar xəbərlər
Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşü keçirilir - YENİLƏNİB
Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronav...