Pakistanda güclü qar: 20-dən çox insan ölüb - VİDEO
08
yan
2022
18:42
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Pakistanın Pəncab əyalətində güclü qar yağması nəticəsində iyirmidən çox insan həlak olub.
BAKU.WS xəbər verir ki, əyalətin Murri şəhəri yaxınlığında təxminən minədək avtomobil qar altında qalıb. Yerli hakimiyyət orqanlarının məlumatına görə, hələlik avtomobillərdə qalan 21 nəfərin öldüyü təsdiqlənib. Həlak olanların sayının artacağı istisna edilmir.
Rayon təbii fəlakət zonası elan olunub.
Son günlər qeyri-adi təbiət hadisəsini müşahidə etmək üçün Murri şəhəri rayonuna 100 mindən çox avtomobillə turistlərin gəldiyi bildirilir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev xalqa müraciət edib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. BAKU.WS müraciəti təqdim edir. Prezident İlham Əliyevin xalqa müraciəti - Əziz həmvətənl...