Pakistanda dəhşətli avtobus qəzası: 41 sərnişin yanaraq öldü
29
yan
2023
11:55
Pakistanın Bəlucistan əyalətində avtobusun qəzaya uğraması nəticəsində azı 41 nəfər həlak olub.
“Report” xəbər verir ki, bu barədə “Dawn” qəzeti məlumat yayıb.
Qeyd olunub ki, Kvettadan Kəraçi şəhərinə hərəkət edən və içərisində 48 sərnişinin olduğu avtobus magistral yolda körpünün dayağına çırpılaraq xəndəyə düşüb və yanıb.
İlkin məlumata görə, qəza avtobus sürücüsünün sürət həddini aşması səbəbindən baş verib.
Oxşar xəbərlər
Pakistanda helikopter qəzasında iki general həlak olub - FOTO/VİDEO
Pakistan Müdafiə Nazirliyi bazar ertəsi ölkənin cənub-qərbindəki Bəlucistan əyalətində helikopterin qəzaya uğraması nəticəsində iki general da daxil olmaqla alt...