Rusiyadan Gürcüstana gedən avtobus aşıb: 2 nəfər ölüb

Rusiyadan Gürcüstana gedən avtobus aşıb: 2 nəfər ölüb
Siyasət 468

Rusiyanın Lipetsk vilayətindəki M-4 Don avtomobil yolunun 356-cı km-də avtobusun aşması nəticəsində iki nəfər ölüb, 15 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

BAKU.WS-in məlumatına görə, qəza nəıticəsində 17 nəfər xəsarət alıb, onlardan ikisi xəstəxanada ölüb.

Ehtimal olunur ki, sürücü idarəetməni itirib və avtobus xəndəyə düşüb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, qəza yerinə əməliyyat xidmətlərinin nümayəndələri göndərilib. Avtobus Moskva - Tbilisi reysi ilə hərəkət edirmiş.

Son xəbərlər