Pakistan Çinə aviareysləri bərpa edib

Pakistan hökuməti yeni növ koronavirusun yayılması səbəbilə Çinə qadağan edilən uçuşları bərpa edib.
BAKU.WS-in məlumatına görə, bu barədə Aviasiya Nazirinin müavini Əbdül Səttar Xoxar bildirib.
Qeyd edək ki, uçuşlar yanvarın 31-də Ümumdünya Səhiyyə Təşkilatının yeni koronavirusu beynəlxalq əhəmiyyətli fövqəladə vəziyyət elan etdiyindən sonra dayandırılmışdı.
Xatırladaq ki, Çində ötən ilin dekabrından 2019-nCoV koronavirusu yayılmağa başlayıb.
Yoluxma halları Çindən başqa Tailand, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya, Finlandiya, Rusiya və Almaniyada da qeydə alınıb.
Oxşar xəbərlər
DƏHŞƏTLİ VİRUS son 24 saatda 64 can alıb
Çində koronavirusun indiyədək aşkar edilməmiş növünə (2019-nCoV) yoluxanların sayı 20 min 438 nəfərə, bu virus səbəbindən ölənlərin sayı isə 425 nəfərə çatıb. B...
