Pakistan, Albaniya, Litva və GUAM Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib
Pakistan, Albaniya, Litva Xarici İşlər Nazirlikləri (XİN), həmçinin Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - GUAM-ın Katibliyi Azərbaycan hökumətini və xalqını Müstəqillik Günü münasibətilə təbrik edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə xarici siyasət idarələrinin "X" sosial şəbəkəsində dərc olunan bəyanatlarında deyilir.
"Pakistan Azərbaycan hökumətinə və xalqına Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərini çatdırır", - Pakistan XİN-in bəyanatında bildirilib.
Oxşar müraciətlə Albaniyanın Avropa və Xarici İşlər Nazirliyi çıxış edib.
"Azərbaycanın Müstəqillik Günü münasibətilə Albaniya Azərbaycan xalqına və hökumətinə təbriklərini və ən xoş arzularını bildirir. Biz ölkələrimiz arasındakı dostluğu yüksək qiymətləndiririk və əməkdaşlığımızın və tərəfdaşlığımızın daha da möhkəmlənəcəyinə ümid edirik", - bəyanatda qeyd olunub.
Litva XİN Azərbaycan xalqına səmimi təbriklərini ünvanlayaraq, tərəfdaşlığa görə minnətdarlığını ifadə edib və ölkəyə sülh, sabitlik və iqtisadi firavanlıq arzulayıb.
GUAM Katibliyi də Azərbaycanın Müstəqillik Günü münasibətilə sosial şəbəkələrdə paylaşım edib.
"GUAM Katibliyi Azərbaycan Respublikasını Müstəqillik Günü münasibətilə təbrik edir", - təşkilatın "X"dəki mesajında qeyd olunub.
Oxşar xəbərlər
Böyük Qaladərəsi kəndində Bayraq meydanı yaradılıb
Şuşa rayonunun Böyük Qaladərəsi kəndində Bayraq meydanı yaradılıb. BAKU.WS xəbər verir ki, bu barədə mayın 28-də kəndi ziyarət edib, sakinlərlə görüşən Preziden...