"Paşinyan naşı bir siyasətçidir və küçədən gəlib, küçə təfəkkürü ilə siyasət aparır" - Azər Həsrət

Paşinyan naşı bir siyasətçidir və küçədən gəlib, küçə təfəkkürü ilə siyasət aparır - Azər Həsrət
Siyasət 1116
Paşinyan siyasətçi olaraq özünü təsdiq edə bilmir. Faktiki olaraq, bu adam küçə hərəkatına başladıqdan sonra bir-birini təkzib edən bəyanatlarla çıxış edir.BAKU.WS xəbər verir ki, bu sözləri siyasi şərhçi Azər Həsrət AZƏRTAC-a açıqlamasında deyib.“Bu, bizim üçün də təəssüfləndirici haldır, çünki Azərbaycan rəhbərliyi normal bir siyasətçi ilə masa arxasında oturub danışıqlar aparmaq istəyir. Paşinyan isə naşı bir siyasətçidir və küçədən gəlib, küçə təfəkkürü ilə siyasət aparır, bu gün dediyini sabah unudur və fərqli bəyanatlarla fikir irəli sürür. Ona görə də Azərbaycan tərəfi onunla masa arxasında oturmaqda çətinlik çəkir. Paşinyan bəzən aqressiv ritorikaya üstünlük verir, bəzən isə sülh çağırışları edir. Bütün bunlara baxmayaraq, Azərbaycan tərəfinin imkanları yüksək səviyyədədir. Bizim hərbi gücümüz Ermənistan hərbi gücünü qat-qat üstələyir. İnsan resursları və iqtisadiyyatımız da çox üstündür. Bütün bunlar faktiki olaraq bizim ölkəmizin işğal faktorunu aradan qaldırmaq üçün öz gücündən istifadə etməsinə imkan verir”,- deyə Azər Həsrət əlavə edib.Siyasi ekspert bildirib ki, Paşinyanın siyasəti ilə bağlı proqnozlaşdırma aparmaq qeyri-mümkündür, çünki onun siyasətində heç bir məntiq yoxdur. Nə Ermənistan xalqının əksəriyyəti, nə də Rusiya bunu qəbul edir. Prezident İlham Əliyev dəfələrlə çağırış edərək bildirib ki, Minsk qrupunun həmsədri olan dövlətlər problemin həll olunması üçün addımlar atmalıdır. “Arzu edərdik ki, bu münaqişənin həll olunması üçün Ermənistana normal siyasətdən anlayan biri başçılıq edəcək”, - deyə ekspert bildirib.BAKU.WS

Son xəbərlər