PA-nın şöbə müdiri Arıf Hacılı ilə görüşüb
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Müsavat Partiyasının başqanı Arif Hacılı ilə görüşüb.
BAKU.WS xəbər verir ki, bu barədə A.Hacılı "Facebook" səhifəsində yazıb.
"Əvvəlcədən razılaşdırdığımız kimi Qarabağ məsələsi ilə bağlı müzakirələrimiz oldu. Ərazi bütövlüyümüzün təmin olunması üçün son dövrlərdə həyata keçirilən zəruri tədbirlərlə bağlı xüsusi fikir ayrılıqlarımızın olmamasını, dövlətimizin və xalqımızın taleyində mühüm olan Qarabağ məsələsində vahid siyasi iradənin nümayiş etdirilməsinin vacibliyi haqqında mövqeyimizi bir daha dəqiqləşdirdik. Bu istiqamətdə görüləcək bəzi zəruri məsələlərdən danışdıq", - deyə A.Hacılı vurğulayıb.
Oxşar xəbərlər
Ədalət Vəliyev daha bir partiya sədri ilə görüşdü
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev və Azərbayca...