Otel çökdü: 1 ölü, 8 yaralı - VİDEO

Otel çökdü: 1 ölü, 8 yaralı - VİDEO
Video
Siyasət 358

Almaniyanın Kröv şəhərində otellərdən biri naməlum səbəbdən qismən çöküb.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, hadisə zamanı bir nəfər ölüb və çoxlu sayda insan dağıntılar altında qalıb.

Oteldə qəza zamanı 14 nəfərin olduğu, onlardan 5 nəfərin xəsarət almadan xilas olduğu bildirilir.

Dağıntılar səbəbi ilə 31 ailə təhlükəsizlik baxımından evlərini tərk etməli olub. Xilasetmə işləri davam etsə də, çökmənin səbəbi hələlik məlum deyil.

Dağıntılar altında qalan bəzi insanlarla əlaqə saxlanılıb və onların ciddi xəsarət aldığı qeyd olunub. Hadisə Mosel çayının sahilində yerləşən oteldə baş verib. Xilasetmə qrupları binanın daha da çökməsi təhlükəsi səbəbindən əvvəlcə sıxışanlara çata bilməyib. Bu faciəvi hadisə bölgədə böyük şok yaradıb və xilasetmə işləri hələ də davam edir.

Qeyd edək ki, polis ölənin şəxsiyyətinin müəyyən edildiyini, lakin cəsədinin hələ də çıxarılmadığını bildirib.

Son xəbərlər