İstanbulda bina çöküb

İstanbulda bina çöküb
Siyasət 409

Türkiyənin İstanbul şəhərində bina çöküb.

BAKU.WS “haberler”ə istinadən xəbər verir ki, hadisə İstanbulun İkitelli rayonunda qeydə alınıb.

Bildirilir ki, “Masko Sanayi Sitesi” adlanan sənaye zonasında yerləşən çox sayda binalardan biri çöküb.

Çökmənin yaxınlıqda aparılan qazıntı işləri səbəbindən baş verdiyi bildirilir.

Hadisə yerinə xilasedicilər, yanğınsöndürən, polis və təcili yardım həkimləri cəlb olunub. Hadisə zamanı xəsarət alanların olması barədə məlumat verilməyib.

Son xəbərlər