“Ordumuz hazırdır” - Zakir Həsənov
08
iyl
2019
14:40
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Müdafiə naziri general-polkovnik Zakir Həsənov “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramının iştirakçıları ilə görüşüb.BAKU.WS Müdafiə Nazirliyinin (MN) saytına istinadən xəbər verir ki, görüşdə Müdafiə naziri Azərbaycan Ordusunda həyata keçirilən islahatlar, qazanılan nailiyyətlər, məişət və xidmət şəraitinin yaxşılaşdırılması məqsədilə görülən quruculuq işlərindən danışıb.O bildirib ki, Ordumuz işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən verilən hər bir əmri yerinə yetirməyə hazırdır və qadirdir.Gənc liderlər çıxış edərək Vətənimizin daha da qüdrətlənməsi naminə onların qarşısında duran vəzifələrin məsuliyyətini dərindən dərk etdiklərini, bu yolda əllərindən gələni əsirgəməyəcəklərini vurğulayıblar.
Oxşar xəbərlər
Zakir Həsənov: "Təmas xəttində vəziyyət gərginləşə bilər"
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə genişmiqyaslı əməliyyat-taktiki təlimlərinin yekunlarına dair xidməti müşavirə keçirilib.Müdafiə...