Ordu üçün toplanan pul açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Silahlı Qüvvələrə Yardım Fonduna cari il oktyabrın 1-dək toplanan vəsait açıqlanıb.
BAKU.WS-in Müdafiə Nazirliyinə istinadla məlumatına görə, fonda 120.106.408,24 AZN, 218.680,68 ABŞ dolları, 18.341,0 avro və 5000,0 rubl vəsait daxil olub.
Qeyd edilib ki, sentyabrın 1-dən oktyabrın 1-dək Silahlı Qüvvələrə Yardım Fonduna 6.691.593,07 AZN və 5102.8 ABŞ dolları vəsait daxil olub.
Fond Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə təsdiq edilib.
Müdafiə Nazirliyinin rəhbərliyi maddi və mənəvi dəstəyini əsirgəməyən hər kəsə öz minnətdarlığını bildirir.
Oxşar xəbərlər
İlham Əliyev əfv sərəncamı imzaladı
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. "BAKU.WS xəbər verir ki, sərəncam dünyada koronavirus (COVİ...