Olipmiyadada idmançılar qarət olundu

Olipmiyadada idmançılar qarət olundu
Siyasət 83

Parisdə Oyunların keçirildiyi Olimpiya kəndində idmançılar yenidən qarət edilib.

BAKU.WS xəbər verir ki, bu barədə “Valeurs”un jurnalisti Amauri Brelet X sosial şəbəkəsində məlumat verib.

Bu dəfə qurbanlar Slovakiya millisinin velosipedçiləri olub.

“Velosiped komandasına məxsus avadanlıq oğurlanıb və kilidi açıq şkafda saxlanılıb. On təkər, ehtiyat hissələri və bir neçə sürət dəyişdiricisi oğurlanıb, dəymiş ziyan 2300 avro təşkil edir”, - deyə Brele yazıb və komandanın polisə müraciət etdiyini bildirib.

Bundan əvvəl Olimpiada zamanı daha bir neçə iştirakçı qarət edilmişdi. Belə ki, yapon reqbiçinin nikah üzüyü və üç min avro pulu itib, Avstraliya bandi komandasının məşqçisinin bank kartı oğurlanıb, ondan 900 avro çıxarılıb.

Son xəbərlər