Oğlunun aksiyalara qatılmağını istəməyən ata onu maşının yük yerində apardı - ANBAAN VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Artıq bir neçə gündür Fransada yaşanan iğtişaşlar fonunda hər kəsi təəccübləndirən hadisə baş verib.
BAKU.WS xəbər verir ki, Fransadakı gənclərdən biri etiraz aksiyalarına qatılmaq istəyərkən atası ona mane olub. O, etiraz aksiyalarında iştirak edə bilməsin deyə valideyni tərəfindən zorla avtomobilin yük yerinə qoyulub və evə aparılıb.
Həmin an baş verənlər ətrafdakılar tərəfindən lentə alınıb. Video ölkə mətbuatında və sosial şəbəkələrdə yayılaraq viral olub.
Qeyd edək ki, Fransada etiraz aksiyaları 17 yaşlı Nahel M.-in günahsız yerə polis tərəfindən öldürülməsindən sonra başlayaraq ciddi dövlət böhranına səbəb olub. İxtişaşlara paralel olaraq soyğunçuluq halları az qala kütləvi hal alıb.
Sahibkarlar taxta, dəmir parçaları ilə silahlanaraq öz mağazalarını, restoranlarını və digər obyektləri qorumağa çalışırlar. Bu hal isə vətəndaş müharibəsi təhlükəsi yaradır.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...