Oğlunu qəzada itirən gürcü deputat intihar edib
27
okt
2022
16:11
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanda hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının deputatı İrakli Xaxubiya öz evində ölü tapılıb.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində odlu silah aşkar ediblər.
İlkin ehtimallara görə, 51 yaşlı deputat intihar edib. Hazırda faktla bağlı araşdırma aparılır.
Deputatın qohumlarının sözlərinə görə, İrakli Xaxubiyanın 21 yaşlı oğlu bir neçə il əvvəl avtomobil qəzasında dünyasını dəyişib. Oğlunun ölümündən sonra deputatın səhhətində problemlər yaranıb.
Oxşar xəbərlər
Rusiyalı milyonçuları kimlər öldürür? - Son 3 ayda 8 biznesmen ölüb
Son üç ay ərzində Rusiyanın 8 milyonçusu müəmmalı şəraitdə dünyasını dəyişib. BAKU.WS xəbər verir ki, onların bəziləri ailələri ilə birgə ölü tapılıb. Maraqlıdı...