Gürcüstanın hakim partiyası seçkilərdə qalib gəldiyini elan etdi
Gürcüstanda hakim Gürcü Arzusu Partiyasının namizədləri parlament seçkilərinin ikinci turunun ilkin nəticələrinə görə bütün birmandatlı dairələrdə qalib gəliblər.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə hakim Gürcü Arzusu Partiyasının icraçı katibi İrakli Kobaxidze bildirib.
Onun sözlərinə görə, müxalifətin ikinci tur seçkilərini boykot etməsinə baxmayaraq, Gürcüstanın yarım milyondan çox vətəndaşı seçkilərin ikinci turunda səs verib:
“Səsvermənin ilkin nəticələri ilə bağlı məlumatlarımız var. Gözlənildiyi kimi, Gürcü Arzusu partiyasının namizədləri 17 dairənin hamısında qalib gələrək parlament mandatı alıblar. Bu səbəbdən növbəti parlamentdə Gürcü Arzusu 90 millət vəkili ilə təmsil olunacaq”.
Oxşar xəbərlər
Tbilisidə müxalifətin etiraz aksiyası keçirilir
Gürcüstanda müxalif partiyalar paytaxt Tbilisidə genişmiqyaslı etiraz aksiyası keçirir. BAKU.WS APA-ya istinadən xəbər verir ki, etirazçılar şəhərin müxtəlif is...