Odessadan Voronejə göndərilən partlayıcılar Gürcüstanda ƏLƏ KEÇDİ - VİDEO

Odessadan Voronejə göndərilən partlayıcılar Gürcüstanda ƏLƏ KEÇDİ - VİDEO
Video
Siyasət 2

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti Odessa-Voronej marşrutu ilə partlayıcı maddələr daşıyan yük maşınının saxlanılması barədə məlumat yayıb.

BAKU.WS xəbər verir ki, yük maşınının içərisində "C4" plastik partlayıcı blokları olub.

Partlayıcılar terror aktları həyata keçirmək üçün istifadə ediləcəkmiş.

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən açıqlanıb ki, prosesi Ukrayna vətəndaşı, 2020-ci ildə Odessa vilayətinin yerli Radasının Kiyev dairəsinə “Xalqın qulluqçusu” partiyasından deputatlığa namizəd Batumidən olan Andrey Şaraşidze təşkil edib:

"Adıçəkilən şəxs yuxarıda qeyd olunan partlayıcı qurğuların hərəkətini fəal şəkildə izləyib. Şaraşidzenin 11 ortağından heç birinin yükün içindən xəbəri olmayıb".

Son xəbərlər