Odessada güclü partlayış

05
iyl
2024
20:23
Ukraynanın cənub-qərbində yerləşən Odessa vilayətində güclü partlayış baş verib.
BAKU.WS xəbər verir ki, bu barədə “Strana.ua” nəşri öz Telegram kanalında məlumat yayıb.
Bildirilir ki, bölgə sakinləri səmada iki raket müşahidə ediblər. Biri vurulub, digəri Ovidiopol istiqamətində uçub.
Ərazidə hava hücumu xəbərdarlığı elan edilib.
Bundan əvvəl Rusiya ordusu Odessa vilayətindəki limana hücum edərək, Ukrayna Silahlı Qüvvələrinin böyük bir əsgər qrupunu məhv edib. Dəfələrlə endirilən zərbə hərbi texnikanı sıradan çıxarıb.
Oxşar xəbərlər
Sevastopola zərbə endirildi - Ölən və 100-dən çox yaralı var - VİDEO - YENİLƏNİB
Ukrayna Ordusunun Sevastopola zərbə endirməsi nəticəsində ölənlərin sayı artıb. BAKU.WS lent.az-a istinadən xəbər verir ki, bu barədə şəhər qubernatoru Mixail...
