"Instagram"ın işində yenidən problem yarandı
Yeniliklərdən dərhal xəbərdar olun
Dünyanın bir sıra ölkələrində “Instagram” sosial şəbəkələrinin işində problemlər müşahidə olunur.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, bu barədə populyar internet resurslarının işini izləyən “Downdetector” xidmətinin saytında məlumat verilib.
Məlumata əsasən, “İnstaqram”ın işində texniki qüsurlar əsasən ABŞ, Kanada, Almaniya, Böyük Britaniya və digər ölkələrin sakinləri şikayət edib.
Problemlər həmçinin “Facebook” sosial şəbəkəsində də müşahidə edilməkdədir.
Xatırladaq ki, oktyabrın dördündə bütün dünyada “WhatsApp, “Instagram”, “Facebook” sosial şəbəkələrinin işində ciddi problemlər yaranmışdı. İstifadəçilərin çoxunda saytlar və mobil əlavələr açılmırdı.
Daha sonra “Twitter”, “Google” və “Amazon” öz fəaliyyətini dayandırmışdı.
Oxşar xəbərlər
"Instagram"ın işində növbəti dəfə nasazlıqlar yarandı
Dünyanın bir sıra ölkələrində instaqram sosial şəbəkəsinin işində yenidən problem yaranıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə məşhur internet...