"Instagram"ın işində növbəti dəfə nasazlıqlar yarandı
Yeniliklərdən dərhal xəbərdar olun
Dünyanın bir sıra ölkələrində instaqram sosial şəbəkəsinin işində yenidən problem yaranıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə məşhur internet resurslarının fəaliyyətini izləyən “Downdetector” xidməti məlumat yayıb. Xidmətin məlumatına görə, istifadəçilər sosial şəbəkənin işindəki fasilələrdən şikayətlənirlər.
Sosial şəbəkənin işindəki nasazlıqlar əsasən ABŞ, İngiltərə, Avropa, Kanada, Rusiya və digər ölkələrdə müşahidə olunur.
İstifadəçilərin 54%-i tətbiqdəki problemdən, 25%-i vebsaytın yüklənməməsindən, digər 39%-i şəbəkəyə qoşulmaqdan şikayətlənir.
Qeyd edək ki, ötən gün “Facebook”, “Instagram” və “WhatsApp”, eləcə də dünyanın bir sıra sosial şəbəkə platformaları və servislərində də problemlər yaranıb.
Oxşar xəbərlər
“Facebook”, “WhatsApp” və “Instagram” nə vaxta qədər İŞLƏMƏYƏCƏK? - VİDEO
“Facebook”, “WhatsApp”, “Instagram” sosial şəbəkələrinin işində yaranan problem istifadəçilərin ciddi narazılıqlarına səbəb olub. BAKU.WS "Independent"ə istinad...