Novruz Məmmədov: “Seçki Müşahidə Missiyasının bəzi üzvləri yalnız müxaliflərlə əlaqə saxlayıblar”

Novruz Məmmədov: “Seçki Müşahidə Missiyasının bəzi üzvləri yalnız müxaliflərlə əlaqə saxlayıblar”
Siyasət 717
“ATƏT/DTİHB müşahidə missiyasının köməkçisi Vüqar Əhmədovun bəyanatı Seçki Müşahidə Missiyasının rəhbərlərinin və bəzi xüsusi seçilmiş üzvlərinin Azərbaycana olan münasibətini açıq ortaya qoyur və ifşa edir”.APA-nın məlumatına görə, bunu Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov “Twitter”də yazıb.“Hesabat əvvəldən hazırlanıb. Bu məzmunda məlumatlar mənə də çatıb, özü də xarici ölkə nümayəndələrindən və missiya üzvlərindən çatıb. Aramızda razılaşma olub. Xahiş etmişdilər ki, adlarını gizli saxlayım. Həqiqətən də Müşahidə Missiyasının bəzi üzvləri yalnız xaricdə və daxildə olan müxaliflərlə əlaqə saxlamaqla məşğul olublar. Missiyanın hesabatla razı olmayan üzvləri isə kənarlaşdırıldıqları üçün geri qayıdıblar”, - deyə o vurğulayıb.BAKU.WS

Son xəbərlər