Növbədənkənar prezident seçkisi: YAP ilkin maliyyə hesabatını təqdim edib
05
yan
2024
15:04
Hakim Yeni Azərbaycan Partiyası prezidentliyə qeydə alınmış namizədinin seçki fondlarının gəlir və xərclərinin ilkin maliyyə hesabatını açıqlayıb.
YAP bununla bağlı sənədi Mərkəzi Seçki Komissiyasına təqdim edib.
İlkin maliyyə hesabatında YAP-ın gəlirlərinin cəmi 250 min manat həcmində göstərilib.
Bundan sonra YAP ikinci və yekun maliyyə hesabatlarını təqdim edəcək.
Qeyd edək ki, MSK YAP-ın prezidentliyə namizədi İlham Əliyevin namizədliyini qeydə alıb.
Xatırladaq ki, Azərbaycanda 2024-cü ilin fevralın 7-də növbədənkənar prezident seçkisi keçiriləcək.//oxu.az
Oxşar xəbərlər
Növbədənkənar Prezident seçkiləri ilə bağlı Təqvim planı təsdiqlənib - SİYAHI
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında növbədənkənar Prezident seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planı təsd...