Nizami küçəsində bina yanır - 4 nəfər xəsarət alıb

03
sen
2019
23:57
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində üçmərtəbəli binada yanğın olması barədə məlumat daxil olub. FHN-dən BAKU.WS-ə verilən məlumata görə, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.İlkin məlumata görə, ikisi azyaşlı olmaqla, ümumilikdə 4 nəfər yanğın zamanı tüstüdən zəhərlənib.
Oxşar xəbərlər
Yanğın zamanı böyük darvaza yanğınsöndürənlərin üzərinə aşdı - VİDEO
10 avqust 2019-cu il tarixdə saat 16:58-də Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Sumqayıt şəhərində mebel sexində yanğın olması barədə məl...
