"Nine Senses Fest" Beynəlxalq Yoqa Festivalının bağlanış mərasimi keçirilib
"Sea Breeze Event Hall"un əsas səhnəsində üç gün davam edən zəngin proqramdan sonra mayın 4-də "Nine Senses Fest"in bağlanış mərasimi keçirilib.
BAKU.WS xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, "Nine Senses" İncəsənət Mərkəzinin təsisçisi, Azərbaycan Yoqa Federasiyasının prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.
Bağlanış mərasimi çərçivəsində müğənni Çingiz Mustafayev "Healing Evening" proqramı ilə çıxış edib.
Konsertdən sonra "Vibrosoundlab" komandası yekun "Ecstatic Dance"ı təqdim edib.
Beləliklə, yüzdən çox tədbiri - yoqa, meditasiya sessiyaları, ənənəvi təbabət, art-terapiya üzrə mühazirələri, həmçinin musiqi və rəqs qruplarının çıxışlarını əhatə edən üçgünlük proqrama yekun vurulub.
Xatırladaq ki, festival Heydər Əliyev Fondunun vitse-prezidenti, "Nine Senses" İncəsənət Mərkəzinin təsisçisi və Azərbaycan Yoqa Federasiyasının prezidenti Leyla Əliyevanın dəstəyi ilə keçirilib.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyevin səfəri öncəsi Qazaxıstan paytaxtı Azərbaycan bayraqlarına büründü
Qazaxıstanın paytaxtı Astana şəhəri Azərbaycan bayraqlarına bürünüb. BAKU.WS xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu ölkəyə planlaşdırılan səfəri ilə ba...