Nikol Paşinyan: “Mənim başqa çıxış yolum yox idi”
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın baş naziri Nikol Paşinyan videomüraciətində Dağlıq Qarabağ üzrə bəyanatı imzalamaqdan başqa çıxış yolunun olmadığını bildirib.
BAKU.WS "Report"a istinadla xəbər verir ki, Paşinyan bir çoxlarına zərər verə biləcəyini deyərək qərarının səbəblərini açıqlamayıb.
"Mən çox şeyi deyə bilərəm, amma postlarda duran əsgərlərin həyatlarını təhlükə altında qoymamaq üçün susacam. Kim ki indi dağıdır, səngərlərdəki əsgərin kürəyindən vurur. İndi mənim istefamı tələb edən bir siyasətçi var, bir gün əvvəl Şuşada mövqeləri tərk etdi. Ədalətli və səmimi niyyətli insanlar var", - Paşinyan müraciətində deyib.
Baş nazir əlavə edib ki, qərar hərbi vəziyyətin analizi və hərbi vəziyyətlə hamıdan yaxşı tanış olan insanların qiymətləndirmələri əsasında qəbul edilib.
Oxşar xəbərlər
İlham Əliyev BBC telekanalına müsahibə verib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniyanın BBC telekanalına müsahibə verib. BAKU.WS AZƏRTAC-a istinadən müsahibəni təqdim edir. - Pre...