Niderland səfirliyi ölkə vətəndaşının Şəkidə xilas edilməsinə görə Azərbaycana təşəkkür edib
Yeniliklərdən dərhal xəbərdar olun
Niderland səfirliyi avqustun 29-da Şəkinin dağlıq ərazisində piyada yürüşü zamanı xəsarət alan ölkə vətəndaşının xilas edilməsinə və ona təcili tibbi yardım göstərilməsinə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib.
BAKU.WS xəbər verir ki, bu barədə Niderlandın Azərbaycandakı səfirliyinin "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
"Xüsusilə, mürəkkəb dağlıq ərazi şəraitində və qaranlıqda həyata keçirilən xilasetmə əməliyyatına, helikopterlə operativ təxliyəyə və hadisə yerində ilk tibbi yardımın göstərilməsinə görə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə təşəkkür edirik", - bəyanatda bildirilib.
Oxşar xəbərlər
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşüb
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının 13-cü iclasında iştirak...