Azərbaycan və Niderlandın XİN başçıları regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar

Azərbaycan və Niderlandın XİN başçıları regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar
Siyasət 28

Niderland Krallığının xarici işlər naziri Tom Berendsen Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

BAKU.WS xəbər verir ki, telefon danışığı zamanı tərəflər regionda artan gərginliklə bağlı fikir mübadiləsi aparıblar. Nazir Ceyhun Bayramov həmkarına Iran tərəfindən Azərbaycan ərazisinə qarşı həyata keçirilmiş dron hücumları və yaranmış təhlükəsizlik vəziyyəti barədə ətraflı məlumat verib.

Nazir Ceyhun Bayramov bu hücumların ölkənin suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş qəbuledilməz addım olduğunu vurğulayıb.

Nazir Tom Berendsen vəziyyətlə bağlı narahatlığını ifadə edib, hücumları qətiyyətlə pisləyib. O, regional sabitliyin təmin edilməsinin əhəmiyyətini qeyd edib.

Niderland naziri bununla yanaşı Niderland vətəndaşlarının operativ qaydada təxliyəsinə göstərilən dəstəyə görə minnətdarlığını bildirib.

Telefon danışığı zamanı tərəflər həmçinin Azərbaycan ilə Niderland arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

***

Niderlandın xarici işlər naziri Tom Berendsen azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefon danışığı aparıb.

BAKU.WS xəbər verir ki, T. Berendsen bununla bağlı "X"dəki hesabında məlumat yayıb.

"Niderland İranın bu hücumunu pisləyir", - Berendsen bildirib və əlavə edib ki, ölkəsi Azərbaycanla həmrəydir:

"Gələcək eskalasiyanın qarşısının alınmasında Azərbaycanın rolu mühüm olaraq qalır".

Son xəbərlər