Netanyahunun Azərbaycana səfəri təxirə salındı
İsrailin Baş naziri Benyamin Netanyahu Azərbaycana səfərini təxirə salıb.
BAKU.WS "The Times of Israel" qəzetinə istinadən xəbər verir ki, bu barədə Baş nazirin Dəftərxanası məlumat yayıb.
"Qəzza zolağında və Suriyada baş verən hadisələr, eləcə də siyasi tədbirlərin sıx olması və təhlükəsizlik gündəliyi ilə əlaqədar olaraq Netanyahu Azərbaycana səfərini başqa tarixə keçirmək qərarına gəlib. Baş nazir dəvətə görə Prezident İlham Əliyevə təşəkkür edir və iki ölkə arasında mövcud olan isti münasibətləri yüksək qiymətləndirir", - Dəftərxananın məlumatında deyilir.
Qeyd edək ki, səfər 7-11 may tarixlərində nəzərdə tutulmuşdu.
Oxşar xəbərlər
Diplomatik korpusun nümayəndələri Şuşada "Heydər Əliyev və Qarabağ" sərgisini ziyarət ediblər
Qarabağ və Şərqi Zəngəzurda səfərdə olan diplomatik korpusun nümayəndələri Şuşada Yaradıcılıq Mərkəzini ziyarət ediblər, "Heydər Əliyev və Qarabağ" sərgisi ilə...