Netanyahu pərt oldu: “Boris Consona Yeltsin dedi” - VİDEO

Netanyahu pərt oldu: “Boris Consona Yeltsin dedi” - VİDEO
Video
Siyasət 647
İsrail Baş naziri Benyamin Netanyahu etdiyi səhvlə gündəmə düşüb.BAKU.WS “Haber7”yə istinadən xəbər verir ki, o, Nazirlər Kabinetinin iclasından Londona etdiyi səfər və İngiltərənin Baş naziri Boris Consonla görüşü barədə məlumat vermək istəyib.Netanyahu bu zaman Conson Yeltsin deyib:“Londonda İngiltərənin Baş naziri Boris Yeltsin və ABŞ Müdafiə naziri ilə faydalı görüşlər keçirdim”.Yanındakıların xəbərdarlığı ilə səhvini düzəltməyə çalışan Netanyahu vəziyyətdən belə çıxmaq istəyib:“Dinləyib-dinləmədiyinizi görmək üçün belə dedim”.Xatırladaq ki, Netanyahu daha öncə də buna bənzər səhv etmişdi. Belə ki, o, 2016-cı ilin dekabrında Azərbaycana səfərindən sonra keçirilən iclasda Əfqanıstana səfər etdiyini bildirmişdi.Qeyd edək ki, sabiq Rusiya prezidenti Boris Yeltsin 2007-ci ildə vəfat edib.

Oxşar xəbərlər

Boris Conson Makronla görüşdə elə hərəkət etdi ki... - VİDEO

Boris Conson Makronla görüşdə elə hərəkət etdi ki... - VİDEO

İngiltərə Xarici İşlər naziri Boris Conson Fransa Prezidenti Emmanuel Makronla görüşdə qəribə hərəkəti ilə gündəmə gəlib.BAKU.WS “Euronews”a istinadən xəbər ver...

659 Siyasət 10:03 23 avqust 2019

Son xəbərlər