Nepalda göyərtəsində 22 nəfərin olduğu təyyarə yoxa çıxdı
Yeniliklərdən dərhal xəbərdar olun
Nepal hökuməti uçuşdan dərhal sonra yoxa çıxan “Tara Air” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin təxmini qəza yerini tapıb.
Məlumata görə, Himalay dağının Manapati ətəyinin yaxınlığında yerləşən kəndin sakinləri Lyanku Xola çayının mənbələrinin yaxınlığında yanan təyyarə görüblər.
Xilasedicilərin artıq əraziyə yollandığı bildirilir. Nepalın Mülki Aviasiya İdarəsi də öz mütəxəssislərini ora göndərib. Lakin qeyd edib ki, təyyarənin axtarışına pis hava şəraiti və çətin relyef mane olur.
Eyni zamanda, “Tara Air”in sözçüsü yerli sakinlərin gördüyü yanğının sakinlərdən və ya çobanlardan birinin yandırdığı ocaq ola biləcəyini də istisna etməyib.
Oxşar xəbərlər
Çində təyyarə qəzasında 10 saniyəlik sirr - YENİ DETALLAR - VİDEO
Çinin cənubunda dünən baş verən təyyarə qəzası ilə bağlı yeni təfərrüat üzə çıxıb. BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, mütəxəssislər hesab edirlər ki, h...