Nəhəng şirkətlər məhkəməyə verildi - Uşaqları günlük 1 dollara işlədirlər
“Ağıllı telefonlar”, tabletlər, kompüterlər, elektrikli avtomobillər və bir çox texniki avadanlıqlarda istifadə edilən batareyalarının hazırlanmasında xammal kimi istifadə edilən kobaltın bütün dünya üzrə 60 faizi Demokratik Konqo Cümhuriyyətindəki mədənlərdə çıxarılır.
BAKU.WS “Yeni Şafak”a istinadən xəbər verir ki, bu mədənlərdə isə çoxu uşaq olmaqla 40 mindən çox insan olduqca ağır şəraitlərdə işlədilir.
Bu mədənlərdə gündəlik 1 və ya 1,50 dollar qarşılığında əməyi istismar edilən uşaqlar xəstəliklərdə ölür və ya iflic keçirərək şikəst qalırlar.
Bunun qarşısını almaq üçün artıq hüquqi mübarizə başlayıb. Belə ki, bu xammaldan öz məhsullarında istifadə edən “Tesla”, “Apple”, “Alphabet”, “Dell Technologies” və “Microsoft” şirkətlərinə qarşı məhkəməyə şikayət edilib. Uşaqları iflic qalan və ölən 14 konqolu ailənin hüquqlarını məhkəmədə vəkil Terrens Kollinqsvörs müdafiə edəcək. O bildirib ki, dünyanın ən zəngin şirkətləri olan bu şirkətlər uşaqların əlil qalmasına və ölməsinə səbəb olurlar.
İşçilər mədənlərdə iş şəraitinin yaxşılaşıdırılması və təhlükəsizliyin gücləndirilməsini tələb edirlər.
UNICEF-in məlumatına görə, həmin mədənlərdə hətta 4 yaşında uşaqlara da rast gəlmək mümkündür.
Məlumat üçün bildirək ki, “Apple”, “Microsoft”, “Samsung” və “Sony” kimi şirkətlərin smartfonlarında, “Daimler”, “Volkswagen”, BMW avtomobillərində kobaltdan istifadə edilir.
“Apple” mart ayından etibarən Konqodan kobalt alışını dayandırdığını açıqlayıb.
Qalereya
Oxşar xəbərlər
Rusiyada qadınlar bu halda adam öldürməyə görə həbs olunmayacaqlar
Rusiyada təcavüzə məruz qalan qadınlara müqavimət göstərə bilmələri üçün qanunda dəyişikliklər olunub. BAKU.WS xəbər verir ki, ölkədə cinsi təcavüzə məruz qalan...