Türkiyədə nəhəng ilan kameralara düşdü - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin Sivas şəhərində qoyun otaran iki qardaş qarşılarına çıxan 5 metrlik ilanı görəndə böyük qorxu yaşayıb.
BAKU.WS Türkiyə KİV-nə istinadən xəbər verir ki, təxminən 5 metr uzunluğunda olan ilan bölgədə çaxnaşma yaradıb.
İlanın sürüyə yaxınlaşdığını görən iki qardaş təlaş içində əvvəlcə geri çəkiliblər. Ardıç qardaşları daha sonra ilanın hərəkətsiz dayandığını telefonla lentə alıblar.
Yunus Ardıç kəndlərində oxşar böyüklükdə ilanın sonuncu dəfə 1998-ci ildə babaları tərəfindən görüldüyünü izah ediblər. Onlar ilanın heyvanlara hücum etmək niyyətində olduğunu deyiblər.
Qeyd edək ki, ilan sonuncu dəfə 1998-ci ildə Ardıç qardaşlarının babası tərəfindən görülüb.
Oxşar xəbərlər
Malatyada baş verən zəlzələlər anbaan kameralara düşdü - VİDEO
Malatyada baş verən zəlzələlər zamanı yaşanan qorxu və çaxnaşma təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. BAKU.WS xəbər verir ki, Türkiyənin Malatya şəh...