Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı
Milli Məclisin sabiq sədri Oqtay Əsədovun həyat yoldaşı Zemfira Adil qızı Əsədova işdən çıxarılıb.
BAKU.WS "Qaynarinfo"ya istinadən xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.
Zemfira Əsədova öz ərizəsi ilə 175 nömrəli körpələr evi-uşaq bağçasının müdiri vəzifəsindən azad edilib.
Bir müddət əvvəl Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən sözügedən bağçada yoxlamalar aparılıb və bəzi pozuntular aşkarlanıb. Zemfira Əsədova yoxlamalardan sonra öz ərizəsi ilə vəzifəsindən gedib.
175 nömrəli körpələr evi-uşaq bağçasına hələlik müdir təyin edilməyib.
Qeyd edək ki, Zemfira Əsədova sözügedən bağçada 20 ildən çox müdir olub.
Oxşar xəbərlər
BTQ Beynəlxalq Frankofoniya Təşkilatını Fransanın törətdiyi cinayətlərə diqqət yetirməyə çağırıb
Bakı Təşəbbüs Qrupu (BTQ) Beynəlxalq Frankofoniya Təşkilatını fransız əsarəti altında olan dənizaşırı ərazilərdə Fransa hökuməti tərəfindən törədilən cinayətlər...