Nazir müavini FHN-in Türkiyədə zəlzələ bölgəsindəki qərargahında toplantı keçirib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Kahramanmaraş rayonu ərazisində təşkil edilən Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasetmə qüvvələrinin qərargahında fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin iştirakı ilə növbəti toplantı keçirilib.
Bu barədə BAKU.WS-ə FHN-dən məlumat verilib.
Qeyd olunub ki, toplantıda hazırki əməliyyat şəraiti, əldə edilmiş nəticələr müzakirə edilib. Həmçinin atılacaq növbəti addımlar, o cümlədən göndərilən humanitar yardımların məntəqələrə çatdırılması və təhvil verilməsi məsələləri nəzərdən keçirilib, müvafiq tapşırıqlar verilib.
Xatırladaq ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq nazirliyin çevik xilasetmə qüvvələri Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.
Qalereya
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...