Nazir müavini: Azərbaycan və Türkiyə arasında fəal siyasi ikitərəfli münasibətlər davam edir
Türkiyə və Azərbaycan həmişə bir-birinin yanında olacaq.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Samir Şərifov Bakıda "15 İyul - Demokratiya və Milli Birlik Günü"nün 9 illiyi münasibətilə keçirilən anım tədbirində deyib.
O qeyd edib ki, Azərbaycan və Türkiyə arasında ikitərəfli münasibətlər yüksək xətlə inkişaf edir:
"Şuşa bəyannaməsi isə iki ölkənin inkişafında böyük rol oynayır. Ölkələr arasında fəal siyasi ikitərəfli münasibətlər davam edir".
Onun sözlərinə görə, təkcə bu il ərzində iki ölkə arasında münasibətlər əlamətdar il olaraq davam edir:
"Artıq Prezident İlham Əliyev bu il 3 dəfə Türkiyəyə, qardaş ölkənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan da həmçinin Azərbaycana səfər edib".
Nazir müavini əlavə edib ki, iki ölkə arasında münasibətlər iqtisadi sahədə də inkişaf edir:
"Enerji, logistika layihələri davam edir. Birgə həyata keçirilən nəhəng layihələr regionun yeni geosiyasi mənzərəsini formalaşdırıb".
Oxşar xəbərlər
Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı təqsirləndirilənlərdən biri barədə qərar verildi
Deputat Fazil Mustafaya sui-qəsdə cəhd etməkdə təqsirləndirilən şəxslərdən biri Emin Əliyarov barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə prose...