Nazir: Azərbaycan sülh sazişinin yekunlaşdırılması istiqamətində üzərinə düşən öhdəlikləri yerinə yetirib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan sülh sazişinin yekunlaşdırılması istiqamətində üzərinə düşən öhdəlikləri yerinə yetirib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, sülh sazişinin mətni artıq paraflanıb və ictimaiyyətə açıqlanıb:
"Azərbaycan tərəfinin bununla bağlı yanaşması prinsipialdır. Prezident İlham Əliyev Azərbaycan dövlətinin rəsmi mövqeyini açıqlayıb. Bizim gözləntimiz Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasıdır. Bundan sonra sülh sazişi imzalana bilər".
Oxşar xəbərlər
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşüb
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının 13-cü iclasında iştirak...