Nazarbayev mühafizəçisiz qalacaq

Nazarbayev mühafizəçisiz qalacaq
Siyasət 5

Qazaxıstan hakimiyyəti Milli Təhlükəsizlik Komitəsi (MTK) haqqında əsasnamədən respublikanın birinci prezidenti Nursultan Nazarbayevin müdafiəsi ilə bağlı ayrıca bəndi çıxarmağı planlaşdırır.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, dövlət başçısının müvafiq fərman layihəsi ölkənin “Açıq normativ hüquqi aktlar” portalında dərc olunub.

İctimai müzakirəsi noyabrın 24-dək davam edəcək sənədə əsasən, Milli Təhlükəsizlik Komitəsi haqqında qüvvədə olan əsasnaməyə dəyişiklik və əlavələr edilir.Xatırladaq ki, 83 yaşlı N.Nazarbayev 30 il Qazaxıstan prezidenti olub. 2019-cu ildə o, istefa verdiyini elan edərək, respublikada islahatları davam etdirəcək yeni nəsil liderlərin hakimiyyətə gəlməsinin zəruriliyinə işarə edib.

Son xəbərlər