Naxçıvanla Azərbaycanın digər ərazilərini birləşdirəcək nəqliyyat əlaqəsi regionun inkişafına töhfə verəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Naxçıvanla Azərbaycanın digər ərazilərini birləşdirəcək nəqliyyat əlaqəsi regionun inkişafına töhfə verəcək.
"Report" xəbər verir ki, bunu Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev İranın Milli Günü münasibətilə Bakıda təşkil olunan rəsmi qəbulda deyib.
O, İran Prezidentinin Azərbaycana planlaşdırılan səfərinin iki ölkə arasında münasibətlərdə yeni imkanlar açacağına inandığını söyləyib:
"İki ölkə arasında münasibətlər inkişaf edir. Əməkdaşlığın əsas sahələrindən biri də nəqliyyatdır. Naxçıvanla Azərbaycanın digər ərazilərini birləşdirəcək nəqliyyat əlaqəsinin qurulması regionun inkişafına böyük töhfə verəcək. Şimal-Cənub Nəqliyyat Dəhlizi və digər layihələr də regionun inkişafına hesablanıb. Eyni zamanda Ordubad Su Elektrik Stansiyası da bölgəmiz üçün böyük əhəmiyyət daşıyır".
Oxşar xəbərlər
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşüb
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının 13-cü iclasında iştirak...