Naxçıvan Ombudsmanı İranın hücumu ilə bağlı bəyanat yayıb
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) İran ərazisindən bu gün Naxçıvana qarşı həyata keçirilən pilotsuz uçuş aparatı hücumları ilə bağlı bəyanat yayıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, xüsusilə Naxçıvan Beynəlxalq Hava Limanının ərazisinin və Şəkərabad kəndində məktəbə yaxın sahənin hədəfə alınması mülki əhalinin, o cümlədən uşaqların təhlükəsizliyi baxımından qəti şəkildə pislənilir.
Qeyd olunur ki, mülki obyektlərin və təhsil müəssisələrinin yaxınlığında baş verən bu cür hücumlar beynəlxalq humanitar hüququn fundamental prinsiplərinin, xüsusilə mülki şəxslərin qorunması prinsipinin kobud şəkildə pozulmasıdır.
Oxşar xəbərlər
Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar
27 Sentyabr - Anım Günü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xarici Kəşfiyyat Xidmətinin rəisi general-polkovnik...